
YAP Nizami rayon təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə gənclərin ideoloji hazırlığı və ictimai fəallığı ön plana çəkilib.Ulusum.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə silsilə tədbirlər çərçivəsində “Zəfər konsepsiyası və Azərbaycançılıq ideologiyası kontekstində müasir gəncliyin prioritet vəzifələri” mövzusunda tədbir və “Qış məktəbi”nin bağlanış mərasimini keçirib.Tədbirdə Azərbaycan gəncliyinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, milli-mənəvi dəyərlərə bağlı, bilikli və vətənpərvər gəncliyin formalaşdırılmasının əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, Azərbaycan Gəncləri Günü gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təşviqinə xidmət edir.Tədbir çərçivəsində [/b]“Qış. məktəbi [/b]”ni uğurla başa vuran iştirakçılar və rayonun ictimai həyatında fəallığı ilə seçilən gənclər fəxri fərman, təşəkkürnamə və sertifikatlarla təltif ediliblər.Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin potensialının üzə çıxarılmasına və onların gələcək fəaliyyətinə mühüm töhfə verir.
Diqqət Çəkənlər
Məhdudiyyətlər gücə çevrilir
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
General-mayor Azad Abdullayev yüksək vəzifəyə təyin edildi