AZ

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankı nın pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikinə əsasən 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair ilk qərarı 4 fevral 2026-cı il tarixində ictimaiyyətə açıqlanacaq.

Marja xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minib. 

 Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Mərkəzi bank bəyan etmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.

Qeyd edək ki, Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq.

Azərbaycan Mərkəzi BankıAMB faiz qərarıfaiz dəhliziparametrlərfaiz dəhlizi qərarı2026 faiz qərarları4 fevral 2026 faiz qərarıAMB pul siyasətipul siyasəti qərarlarıuçot dərəcəsi 6.75 faizfaiz dəhlizinin aşağı həddi 5.75faiz dəhlizinin yuxarı həddi 7.75faiz endirimi 0.25 faiz bəndiinflyasiya hədəfi 4±2 faizmakroiqtisadi meyillərqlobal maliyyə bazarlarıreal sektor ötürücülüyüinflyasiya proqnozuMərkəzi Bank bəyanatıqiymət sabitliyiAzərbaycan iqtisadiyyatımonetar siyasətfaiz siyasətiAMB İdarə Heyəti qərarı11 dekabr 2025 qüvvəyə minməMarja xəbərləri2026-cı ildə 8 faiz qərarı
Seçilən
11
1
marja.az

2Mənbələr