AZ

Günəşdə yenə güclü partlayış olub - VİDEO

Günəşdə gecə saatlarında ən yüksək sinifli (X8.11) alovlanma qeydə alınıb.

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının “telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, bu hadisənin Yerə təsiri ilə bağlı dəqiq nəticələr hələ məlum deyil. Son 24 saat ərzində ümumilikdə orta səviyyə və daha güclü 17 alovlanma qeydə alınıb.

Ən yüksək sinifli bu alovlanma mövcud Günəş dövründə gücünə görə üçüncü yerdədir. Laboratoriyada həmçinin qeyd olunub ki, son on ildə ilk dəfə bu cür “alovlanma ardıcıllığı” müşahidə edilir.

Həmidə İbrahimova

Seçilən
8
olke.az

1Mənbələr