“2025-ci ildə rəqəmsallaşma üzrə əsas fəaliyyətimiz Rəqəmsal İnkişaf Konsepsiyasına uyğun şəkildə tənzimlənib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, innovasiya ekosistemi çərçivəsində indiyədək 300 minimum işlək məhsul (MVP) yaradılıb. Yerli və xarici özəl şirkətlərlə əməkdaşlıq əsasında 18 müxtəlif proqram həyata keçirilib.
Bildirilib ki, 2025-ci ildə 22 startapa ümumilikdə 2 milyon 622 min 500 dollar həcmində investisiya cəlb olunub. Eyni zamanda təxminən 40 inkubasiya və akselerasiya proqramı icra edilib:
“Bu proqramlar 6 universitetdə təşkil edilib, Lənkəran, Gəncə, Sumqayıt və Naxçıvan daxil olmaqla regionlarda 10-dan çox proqram və hakaton keçirilib”.
Zeynəb Rzayeva