AZ

Təhlükəli virus yenidən geri döndü - Ölənlərin sayı artır

Mozambikdə kolera epidemiyası yayılmağa davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hər gün 135 yeni xəstəlik halı aşkarlanarkən 12 nəfərin də bu xəstəlik nəticəsində həyatını itirdiyi bildirilib.


Ümumi Xalq Sağlamlığı İdarəsindən verilən açıqlamaya görə, ölkə üzrə 3 sentyabr 2025-ci ildən 27 yanvar 2026-cı ilə qədər olan dövr ərzində 3 min 91 kolera halı aşkar edilib, 36 ölüm baş verib.


Buna görə də, 28 yanvarda 135 yeni xəstəlik halının qeydə alındığı, 12 nəfərin kolera səbəbindən ölməsi ilə ümumi xəstəlik sayının 3 min 226-ya, epidemiyaya bağlı ölüm sayının isə 48-ə yüksəldiyi bildirilir.


Epidemiyanın bölgələr üzrə yayılması baxımından Nampula əyaləti 1576 xəstəlik halı və 19 ölüm ilə birinci sırada yer alır.


Mozambik hökuməti sentyabr ayında təsdiqlənmiş 418,5 milyon avro dəyərindəki fəaliyyət planı ilə 2030-cu ilə qədər koleranın ölkə üçün bir ictimai səhiyyə problemi olmasının qarşısını almağı hədəfləyir.


"Vibrio" bakteriyasının səbəb olduğu, qida və su vasitəsilə yayılan kolera, şiddətli ishala və bədəndə su itkilərinə səbəb olur. Xəstəlik müalicə olunmazsa, ölümə gətirib çıxara bilər. Təmiz suyun təmin edilməməsi, tibb müdaxiləsinin vaxtında və effektiv edilməməsi xəstəlik və ölüm riskini artırır.

Seçilən
6
manset.az

1Mənbələr