AZ

Həftə ərzində Bakıda keçiriləcək mədəni tədbirlərin AFİŞASI

Yazını böyüt
Yazını kiçilt

Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Hafta.az xəbər verir ki, siyahıda fevralın 2-dən 8-dək paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə üç tamaşa oynanılacaq.

Fevralın 5-də saat 19:00-da Kamal Abdullanın "Sehrbazlar dərəsi" tamaşası səhnəyə qoyulacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti 10-25 manatdır.

Həftə

Fevralın 7-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti 10-25 manatdır.

Həftə

Fevralın 8-də saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında eyniadlı tarixi metafizik dramı oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti 10-25 manatdır.

Həftə

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT):

Fevralın 7-də saat 12:00-da Şarl Perronun "Büllur başmaq" nümayiş etdiriləcək.

Nağıl-tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Biletlərin qiyməti 8-12 manatdır.

Həftə

Fevralın 7-də saat 19:00-da Pyer Bomarşenin "Fiqaronun toyu" tamaşası nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Biletlərin qiyməti 8-12 manatdır.

Həftə

Fevralın 8-də saat 12:00-da Hans Xristian Andersenin "Düyməcik" tamaşası nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Biletlərin qiyməti 8-12 manatdır.

Həftə

Fevralın 8-də saat 19:00-da Uilyam Şekspirin "Romeo və Cülyetta" tamaşası nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:

Fevralın 6-da saat 19:00-da Oqtay Kazımi və Ramiz Heydərin "Qızıl toy" tamaşası nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə

Fevralın 7-də saat 18:00-da gənc yazıçı-dramaturq Pərviz Seyidlinin "Killer" pyesi əsasında "Killerdən teleqram" monotamaşasının premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru Zaur Əliyevdir.

Biletlərin qiyməti 15 manatdır.

Həftə

Fevralın 7-də saat 19:00-da Əbdürrəhim Haqverdiyevin "Kimdir müqəssir?" tamaşası nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə

Fevralın 8-də saat 19:00-da Məmməd Səid Ordubadinin librettosu əsasında hazırlanan "Beşmanatlıq gəlin" komediyası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):

Fevralın 7-də saat 19:00-da Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında "Şəbədə" tamaşası oynanılacaq.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə

Fevralın 7-də saat 19:00-da "Asılqan" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Abdul Qənidir.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə

Azərbaycan Dövlət Akademik Filarmoniyasında:

Fevralın 6-da saat 19:00-da dahi bəstəkarımız Qara Qarayevin doğum gününə ithaf olunan "Əsrləri adlayan musiqi" adlı konsert.

Biletlərin qiyməti 4-20 manatdır.

Həftə

Heydər Əliyev Sarayı:

Fevralın 3-də saat 19:00-da Qara Qarayevin "Yeddi gözəl" üçpərdəli baleti oynanılacaq.

Biletlərin qiyməti 20-50 manatdır.

Həftə

Fevralın 4-də saat 20:00-da dünya şöhrətli xorvatiyalı pianoçu Maksim Mrvica çıxış edəcək.

Biletlərin qiyməti 59-199 manatdır.

Həftə

Fevralın 7-də saat 20:00-da Türkiyənin sevilən müğənnisi KUTSİnin möhtəşəm konserti.

Biletlərin qiyməti 25-245 manatdır.

Həftə

Fevralın 8-də saat 19:00-da Ukraynanın ən məşhur rok-qruplarından biri Okean Elzyin konserti.

Biletlərin qiyməti 49-319 manatdır.

Həftə

Seçilən
8
hafta.az

1Mənbələr