AZ

Magistral yolda DƏHŞƏT: Donuzlar yük maşınında DİRİ-DİRİ YANDI – VİDEO

Çində magistral yolda heyvanlarla dolu yük maşını yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media və sosial şəbəkələr məlumat yayıb.

Çinin Quanqjou şəhərində magistral yolda heyvanların tələf olması ilə nəticələnən dəhşətli hadisə baş verib.

Yayılan görüntülərdən məlum olur ki, donuz daşıyan yük maşını hərəkətdə olarkən qəfildən alovlanıb.

Nəqliyyat vasitəsinin içərisində qəfəslərə salınmış çox sayda heyvan olub. Alov qısa müddətdə yük maşınının böyük hissəsini bürüdüyü üçün sürücü donuzları qəfəslərdən çıxararaq yola buraxa bilməyib.

Yanğın nəticəsində heyvanların bir hissəsi qəfəslərdə diri-diri yanaraq tələf olub. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr