AZ

Körpənin üstünə qaynar su töküldü:Bədəninin 27%-i yandı


Türkiyədə dəhşətli hadisə baş verib.

Medicina.az xəbər verir ki, İstanbulun Güngören rayonunda 20 aylıq körpənin üzərinə çaydandan qaynar su tökülüb.

Körpə dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb və ilkin müalicədən sonra Ümraniye Təlim və Araşdırma Xəstəxanasının Uşaq Yanıq və Müalicə Mərkəzinə göndərilib.

Xəstəxana müayinələri körpənin bədəninin təxminən 27%-nin, əsasən qolları və ayaqlarının yandığını göstərib.

Xəstəxanada müalicədən sonra körpə evə buraxıldı. Yanıq Mərkəzinin müdiri və Uşaq Cərrahiyyəsi üzrə mütəxəssis, dosent Dr. Mehmet Arpacık xəstənin vəziyyəti və yanıq halları haqqında məlumat verib:

"Xəstəmizin təxminən 2 yaşı var. Evdə üzərinə isti su töküldükdən sonra 27% ikinci dərəcəli yanıqla başqa bir xəstəxanaya yerləşdirilib. Onu xəstəxanamıza gətirdilər. Yanıq sahələrinin təxminən 80-90%-i kremlər, yanıq sarğıları da daxil olmaqla konservativ müalicə ilə sağalıb. İsti maye yanıqları ümumiyyətlə ikinci dərəcəli yanıqlardır."



Dosent Dr. yanıq hallarının böyük əksəriyyətinin uşaqlar olduğunu qeyd edib:

"Qlobal miqyasda, təxminən Türkiyədə də bütün yanıqların təxminən yarısı uşaqlarda baş verir. Bunların böyük əksəriyyəti 5 yaşdan kiçik uşaqlardır. 5 yaşdan kiçik uşaqlarda baş verən yanıqların 90%-dən çoxu qarşısı alına bilən məişət qəzalarının nəticəsidir. Uşaq yanıqlarının qarşısını almaq üçün tədbirlər görməliyik. Media, sosial media, ailələr və müəllimlərin hamısının çox vacib rolu var. Xüsusilə uşaqların mətbəxə tək buraxılmamasını tövsiyə edirik. Araşdırmalar göstərir ki, bir çox yanıqlar mətbəxdə və ya yemək yeyilən və ya çay içilən yerlərdə baş verir.

Mümkünsə, 5 yaşdan kiçik uşaqların valideynləri evdəki masaların üzərinə isti maye və ya isti yemək qoymaqdan çəkinməlidirlər. Yanıq sahəsi çox böyük deyilsə, əvvəlcə onlardan uşağı 10-15 dəqiqə axan kran suyunun altında saxlamalarını xahiş edirik. Buz deyil, otaq temperaturunda axan su istifadə etməlidirlər. Bu, istiliyi azaldır və yanığın dərinləşməsinin qarşısını alır. Daha sonra təmiz bir parça ilə örtülməli və ən yaxın səhiyyə müəssisəsinə aparılmalıdır".

Aygün
Medicina.az


Seçilən
7
medicina.az

1Mənbələr