AZ

2 Fevral Gəncliyin gücü, gələcəyin təminatı

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2 Fevral Azərbaycan Gəncləri Günü hər birimiz üçün sadəcə bayram deyil, həm də məsuliyyət çağırışıdır. Bu gün ölkənin taleyində söz sahibi olacaq bir nəslin formalaşmasını, düşüncə tərzini və fəaliyyətini simvolizə edir. Gənclik enerjidir, ideyadır, dəyişiklikdir. Amma ən əsası, gənclik məsuliyyətdir.

1997 - ci ildən etibarən 2 fevral tarixinin Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı  ilə  Azərbaycan Gənclər Günü kimi təsis edilməsi  gənclərə  verilən  yüksək dəyərin və etimadın parlaq göstəricisidir. Gəncləri hər zaman  dövlətin  əsas  inkişaf  qüvvəsi  hesab edən Ümummilli Liderimiz hələ 1994 - cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə vacib  və strateji  əhəmiyyətə malik  təşəbbüsün möhkəm əsasını qoymuşdur. Ölkəmizdə əsası  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasəti bu gün də uğurla davam etdirilir və daha da təkmilləşdirilir. Dövlət tərəfindən gənclərin təhsilinə, məşğulluğuna, yaradıcılığına, sosial rifahına və səxsi inkişafına xüsusi diqqət göstərilir. Müxtəlif dövlət  proqramları, layihələri və təşəbbüsləri vasitəsi ilə gənclərin bilik və bacarıqlarının artırılması, onların innovativ düşüncəyə malik olması, beynəlxalq səviyyədə uğur  qazanması  üçün  geniş  imkanlar yaradır.  Gənclərin elm, mədəniyyət, incəsənət, idman və ictimai fəaliyyət sahələrində əldə etdikləri nailiyyətlər ölkəmizi beynəlxalq aləmdə nüfuzunun artmasına mühüm töhfələr verir. Azərbaycan gəncliyi milli mənəvi dəyərlərə sadiq qalaraq vətənpərvərlik ruhunu yaşadır və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi yolunda əzmlə çalışır. Onların enerjisi, yaradıcılığı və yenilikçi düşüncəsi cəmiyyətimizin dinamik inkişafına  güclü təkan verir. Yaradıcı bir gənc olaraq  mən də dövlət  qayğısının real nəticələrini öz həyatımda hiss edirəm. Çalışdığım təhsil müəssisəsində və yenicə üzv olduğum Naxçıvan Rəssamlar birliyinin Gənc rəssamlar bölməsində fəaliyyətim mənə daha böyük məsuliyyət hissi qazandırmış, öz üzərimdə daha ciddi işləməyə, yaradıcılığımı daha da inkişaf etdirməyə  stimul yaratmışdır. Bu, dövlətimizin gənclərə  verdiyi  dəyərin göstərdiyi diqqətin həyatımda yaratdığı  müsbət təsirin bariz nümunəsidir.

Gənclər yanlız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsidir. Onların bilik səviyyəsi, təşəbbüskarlığı və yaradıcılıq potensialı Azərbaycanın daha güclü, daha müasir, daha inkişaf etmiş  bir dövlətə çevrilməsində  mühüm rol oynayır. Gənclərin  qarşısınnda  böyük imkanlarla yanaşı  mühüm və məsuliyyətli vəzifələrdə dayanır. Bu vəzifələri  layiqincə yerinə yetirmək hər birimizin  borcudur.

Əziz gənclər, yolumuz daim açıq, məqsədlərimiz  böyük, uğurlarımız davamlı olsun!

Ülkər Əliyeva

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr