AZ

Rəqəmsallaşma üzrə 17 yol xəritəsi hazırlanıb

“İRİA tərəfindən rəqəmsal inkişaf arxitekturasının formalaşdırılması istiqamətində sistemli və mərhələli işlər həyata keçirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, müxtəlif sahələrin rəqəmsallaşdırılması üzrə 25 dövlət qurumu ilə birgə ümumilikdə 17 yol xəritəsi hazırlanıb. Bu sənədlər dövlət qurumlarında rəqəmsallaşma proseslərinin planlı və mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutur.

Bildirilib ki, yol xəritələri səhiyyə, nəqliyyat, sosial müdafiə, iqtisadiyyat, kommunal və əmlak sahələri də daxil olmaqla bir sıra istiqamətləri əhatə edir. Həmçinin informasiya sistemlərinin texniki, funksional və səmərəlilik baxımından qiymətləndirilməsi bu prosesin əsas tərkib hissələrindən biridir:

“Görülən işlər dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və ölkə üzrə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsinə xidmət edir”.

Zeynəb Rzayeva

Seçilən
10
bakivaxti.az

1Mənbələr