AZ

Trampın gizlətdiyi xəstəliyi üzə çıxdı: 2 ay ömrü qalıb?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın səhhəti ilə bağlı yayılan məlumatlar narahatlıq yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı fizioterapevt Adam Ceyms danışıb.

O iddia edib ki, Ağ Ev rəhbərinin iki-dörd ay ömrü qalıb:

“Trampda adətən 7 ildən 12 ilə qədər ömür sürən frontotemporal demensiya simptomları var. İlkin əlamətlər 2016-cı il prezident seçkilərində qələbəsindən əvvəl ortaya çıxıb”.

Mütəxəssis həmçinin prezidentin ətrafındakıların Trampın sağlamlıq vəziyyətini ictimaiyyətdən gizlətdiyini irəli sürüb.

Fizioterapevt əlavə edib ki, hazırda 80 yaşı olan Donald Trampın bir sıra xroniki sağlamlıq problemləri də var:

“Xüsusilə, o, ürək çatışmazlığı və xroniki böyrək xəstəliyindən əziyyət çəkir. Bu isə, insult və ya infarkt riskini kəskin şəkildə artırır”.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
globalinfo.az

1Mənbələr