AZ

ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi - FOTOLAR

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konfrans salonunda Qərbi Azərbaycana həsr olunmuş “Basarkeçər həkimləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Qərbi Azərbaycanın müxtəlif icmalarını təmsil edən ziyalılar, həkimlər və ictimaiyyət nümayəndələri iştirak edərək nəşrin əhəmiyyətindən, Basarkeçər rayonunun tibb sahəsində formalaşdırdığı böyük intellektual potensialdan və bu kimi təşəbbüslərin milli yaddaşın qorunmasında oynadığı roldan bəhs ediblər.

QHT.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının konfrans salonunda Qərbi Azərbaycandan bəhs edən “Basarkeçər həkimləri” adlı kitabın təqdimatı keçirildi. Həmin nəşrlə bağlı müxtəlif rəyləri təqdim edirik:

6aa2a8ca-5765-406a-a3bb-a0d1fe1aa8f2

Basarkeçər rayonu Nərimanlı kənd icmasının sədri Şirazi İbrahimov:

“Qərbi Azərbaycan həkimlərinin ilk toplantısı keçirildi. Bu tədbirə bizim bir hədiyyəmiz oldu. Basarkeçər rayonunun 700-ə yaxın həkimi haqqında kitab çap etdirdik. Təxminən 60 minə yaxın əhalisi olan Qərbi Azərbaycanın  Basarkeçər rayonunun böyük potensialı var.  Digər saəhələri demirəm,yalnız  tibb sahəsində 700-dən artıq həkim yetişdirib. “Basarkeçər həkimləri” kitabını biz bir ilə yaxın müddətdə hazırlamışıq.  Kitabın ideya müəllifi  Basarkeçər rayonunun icma sədri, hörmətli akademik Nuru Bayramovdur. Belə toplantılar bizim birliyimizin, tarixi yurd yerlərimizə sevgimizin təzahürüdür. Biz inanırıq ki, dinc şəraitdə o torpaqlarımıza qayıdacayıq”.

1770004265690

Basarkeçər rayon Nərimanlı kənd icmasının gənclər bölümünü  rəhbəri Əlvi İbrahimov:

“Bu tədbir həm Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin ilk toplantısı və kitabın təqdimatıdır. Azərbaycanın yalnız bir bölgəsinin potensialından söhbət açılır. 700-dən artıq həkim yetişdirən Basarkeçər rayonunun digər intelektual resurslarına toxunmuruq. Bizim həkimlərimiz yalnız Azərbaycanda deyil, Almaniyada, Polşada, Türkiyədə və dünyanın digər ölkələrində çalışırlar. Yüksək səviyyədə hazırlanıb çap olunmuş kitabın mərkəzi kitabxanalara paylanması təşkil olunacaq. Bu əlaqələrimizi genişləndirəcəyik”.

 

1769954225782

Qərbi Azərbaycan Basarkeçər Pəmbək kənd icmasının sədri Əli Şəbəndəyev:

“Hesab edirəm ki, Qərbi Azərbaycanla bağlı belə tədbirlərin keçirilməsi çox zəruridir. Burada həm kitab təqdim oldu, həm Qərbi Azərbaycandan olan soydaşlarımızla görüşdük. Fikir mübadiləsi apardıq. Qərbi Azərbaycanın potensialını üzə çıxarmaq və tanıtmaq üçün belə tədbirlər çox zəruridir. Biz  əvvələr gənclər təşkilatları vasitəsilə müxtəlif tədbirlər keçirmişik. Həmçinin Qərbi Azərbaycanın icmaları arasında futbol turniri təşkil olunmuşdu. Bütün bu tədbirlər əlaqələrimizin genişlənməsinə, adət-ənənələrimizin qorunub saxlanmasına xidmət edir. O baxımdan bugünkü təqdimatı yüksək dəyərləndirirəm”.

Qərbi Azərbaycan Basarkeçər rayon icma sədrinin müavini, Qarabağ  qazisi Mübariz Quliyev fikirlərini bölüşür:

“Qərbi Azərbaycan ziyalıları haqqında belə kitabın nəşri çox müsbət haldır. Ümumiyyətlə, Qərbi Azərbaycanın intellektual potensialının  həm ölkə daxilində yayılması, həm də dünya ictimaiyyətinə çatdırılması əhəmiyyətli hadisədir. Mən Azərbaycan eşqi ilə yaşayan bir insanam. Müharibə iştirakçısıyam. Biz hər zaman o doğma torpaqlara baxanda kövrəlirdik. Fikirləşirdik ki, həyatdan köçmüş doğmalarımızın qəbrini nə zaman ziyarət edəcəyik. Artıq bizdə bir inam yaranıb ki, dövlətimizin gücü, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində soydaşlarımız Qərbi Azərbaycana, o yurd yerlərimizə  dinc yolla qayıdacaq. Belə tədbirlər bizim birliyimizə, qayıdışımıza təkan verəcək”.

Seçilən
8
qht.az

1Mənbələr