AZ

Raketləri kor edən türk texnologiyası: YILDIRIM-100 inventara daxil olur

Bu il ərzində bir ədəd helikopterin ASELSAN tərəfindən hazırlanmış YILDIRIM-100 İnfraqırmızı Əks-Tədbir/Yönləndirilmiş İnfraqırmızı Əks-Tədbir (DIRCM) sistemi ilə inventara daxil edilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, ASELSAN-ın inkişaf etdirdiyi YILDIRIM-100 DIRCM sistemi döyüş başlıqlı real raketlərlə keçirilən fəaliyyət sınaqlarını uğurla tamamlayıb. Sistem hava vasitələrinin qabaqcıl raket təhdidlərinə qarşı qorunması istiqamətində mühüm mərhələni ifadə edir.

2025-ci ilin iyul ayında YILDIRIM-100 idarə olunan raketlərə çoxdiapazonlu lazer enerjisi göndərərək axtarış başlıqlarını kor etməyə nail olub. Sınaqlar zamanı hava vasitələrinə yönələn raketlərin istiqamətinin dəyişdirildiyi və platformaların yaşama qabiliyyətinin artırıldığı müşahidə edilib. Müxtəlif təhdid ssenarilərində YILDIRIM-100-ün istiliklə idarə olunan raketləri lazer vasitəsilə zərərsizləşdirdiyi müəyyən edilib.

Qeyd edək ki, YILDIRIM-100 platforma üzərindəki müxtəlif raket xəbərdarlıq sistemləri və istilik tələsi atıcıları ilə inteqrasiya olunmuş şəkildə işləmək üçün layihələndirilib. Dəqiq gimbal mexanizminə malik sistem yaxınlaşan idarə olunan raketlərə lazer enerjisi göndərərək axtarış başlığının korlanmasını və istiqamətinin dəyişdirilməsini təmin edir.

Dəqiq izləmə bloku və lazer bloku sayəsində istiliklə idarə olunan raketlərə qarşı sinxronlaşdırılmış çoxdiapazonlu yönləndirilmiş lazer tətbiq edən sistem raket xəbərdarlıq sistemi ilə əlaqə saxlayan idarəetmə blokunu da ehtiva edir. Çoxsaylı təhdid ssenarilərində istifadə oluna bilən YILDIRIM-100-ün aşağı enerji sərfiyyatı və yüksək istifadəyə hazırlıq göstəricisi ilə əməliyyat mühitində effektivliyinin artırılması hədəflənir.

Seçilən
20
ikisahil.az

1Mənbələr