AZ

"Fənərbağça" dünya çempionunu transfer edir: Böyük dəyiş-düyüş olacaq?

"Əl-İttihad" klubunun yarımmüdafiəçisi, 2018-ci il dünya çempionu N’Qolo Kante "Fənərbağça"nın futbolçusu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbəyə görə, klublar futbolçuların mümkün mübadiləsi ilə bağlı danışıqlar aparır. "Fənərbağça" heyətini Kante ilə gücləndirmək istəyir, "Əl-İttihad" isə Türkiyə təmsilçisinin mərakeşli hücumçusu Yussef En-Nesirini transfer etmək niyyətindədir.

Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu En-Nesirini Kərim Benzemanın mümkün əvəzləyicisi kimi görür. Fransalı hücumçu liqa rəhbərliyi ilə müqaviləsi ətrafında yaranan münaqişə səbəbindən klubu birdəfəlik tərk edə bilər.

Seçilən
9
publika.az

1Mənbələr