Azərbaycanda “Şəfa” stadionu kimi tanınan arena nazirliyin balansına verilib.
İdmanxeber.az-a verilən məlumata görə, paytaxtda yerləşən stadion Gənclər və İdman Nazirliyinin balansına keçib. Arena bundan sonra nazirliyin nəznində fəaliyyət göstərəcək.
Uzun illər Azərbaycan Sənayə Korporasiyasının balansında olan stadion “ASK Arena” adlanırdı. Daha sonra ölkə başçısı sözügedən şirkəti ləğv etdiyi üçün bu idman qurğusu “Baku Arena” adına yiyələndi. Hazırda da bu adla fəaliyyət göstərir.
Stadionun bundan sonra Gənclər və İdman Nazirliyinin balansında olacağı bildirilir.