AZ

Yolu bağlayıb gedən bu sürücüyə görə ağır xəstəni taksi ilə yola saldılar VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda dayanma-durma qaydasını pozan sürücü digər hərəkət iştirakçılarına maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt küçələrinin birində qeydə alınıb. Belə ki, 77-PU-178 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü digər maşının qarşısında park edərək çıxıb gedib. Nəticədə səhər saatlarında xəstəxanaya ağır vəziyyətdə xəstə aparan sürücü yoluna davam edə bilməyib və məcbur qalıb xəstəni taksi ilə yola salıb. Zərərçəkən bildirir ki, səhər saat 05:00-dan 10:00-a qədər qaydanı pozan sürücünü axtarıb, lakin onu tapa bilməyib.

Ehtimal edilir ki, avtomobilin saxlanıldığı ərazi həmin sürücüyə məxsus olduğundan, o, bu addımı atmaqla digər sürücünü cəzalandırmağa cəhd göstərib.

Fərid

Oxunub 322

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr