AZ

Ronaldo “Əl Nəsr”də oyunlara çıxmamağa qərar verdi KİV

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Əl-Nəsr”dəki vəziyyətdən narazıdır və oyunlarda iştirak etməkdən imtina edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ronaldo “Əl-Nəsr”in “Ər-Riyad”la növbəti oyununu buraxmaq niyyətindədir.

O, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən narazıdır. Portuqaliyalı həmçinin “Əl-Nəsr”ə investisiya qoyulmamasından da şikayətlənir.

Ronaldo hesab edir ki, klub rəhbərliyi, xüsusən də transfer bazarında daha aktiv olan “Əl-Hilal”la müqayisədə “Əl-Nəsr”ə zərər verir.

Qeyd edək ki, Kriştianu Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
yeniavaz.com

3Mənbələr