Bakı. Trend:
Günəşdə “X” sinifinə aid yeni güclü alışma baş verib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər AkademiyasınınKosmik Tədqiqatlar İnstitutunun (RAN KTI) Günəş astronomiyasılaboratoriyası məlumat yayıb.
Məlumata görə, partlayış X8.11 gücündə olub.
Bundan əvvəl, Günəşdə bir sutka ərzində 17 güclü alışma qeydəalınıb. Mütəxəssislərin hesablamalarına görə, Günəşin enerjitoplama rejiminə keçməsi ilə X sinifli alışmalar başlayacaq.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görəbeş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yerorbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğungəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.