Ağsuda gənc oğlan həmkəndlisinə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. 21 yaşlı Murad Muradov aralarında yaranmış mübahisə zəmnində 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə ağır xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan baş vermiş hadisə ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.
Ehtiram Muradov