AZ

Ronaldo “Əl-Nəsr”də oyunlara çıxmamağa qərar verdi – KİV


Portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Əl-Nəsr”dəki vəziyyətdən narazıdır və oyunlarda iştirak etməkdən imtina edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Ronaldo “Əl-Nəsr”in “Ər-Riyad”la növbəti oyununu buraxmaq niyyətindədir.
O, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən narazıdır. Portuqaliyalı həmçinin “Əl-Nəsr”ə investisiya qoyulmamasından da şikayətlənir.
Ronaldo hesab edir ki, klub rəhbərliyi, xüsusən də transfer bazarında daha aktiv olan “Əl-Hilal”la müqayisədə “Əl-Nəsr”ə zərər verir.
Seçilən
7
2
yeniavaz.com

3Mənbələr