AZ

Hindistan Çabahar limanına vəsait ayırmağı dayandırdı

Hindistan Çabahar limanına vəsait ayırmağı dayandırdı

Hindistan hökuməti Vaşinqton və Tehran arasında artan gərginlik fonunda İranın Çabahar limanının inkişafı üçün növbəti maliyyə ili üzrə büdcədən vəsait ayırmamaq qərarına gəlib.

AFN.az "NDTV" telekanalına istinadən xəbər verir ki, bu addım ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların yaratdığı qeyri-müəyyənliklə bağlıdır.

Uzun illərdir rəsmi Nyu-Dehli bu strateji layihəyə hər il 10 milyon dollar vəsait ayırırdı. Çabahar limanı Hindistan üçün Pakistan ərazisindən yan keçərək Əfqanıstan və Mərkəzi Asiya bazarlarına çıxış imkanı verən mühüm nəqliyyat qovşağı hesab olunur. Lakin 2025-ci ilin sentyabrında ABŞ-ın İrana qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar vəziyyəti dəyişib. Hindistana layihədə iştirak üçün verilən 6 aylıq güzəşt müddəti bu il aprelin 26-da başa çatır.

Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Randhir Caysval ölkəsinin hazırda ABŞ ilə danışıqlar apardığını bildirsə də, Donald Tramp administrasiyasının Tehranla iş görən ölkələrə əlavə 25 faizlik rüsum təhdidi Nyu-Dehlini ehtiyatlı davranmağa məcbur edir. 2024-cü ildə limanın 10 illik idarəetməsi ilə bağlı müqavilə imzalanmasına və baş nazir Narendra Modinin 500 milyon dollarlıq investisiya vədinə baxmayaraq, beynəlxalq təzyiqlər layihənin gələcəyini sual altına qoyur.

Seçilən
11
afn.az

1Mənbələr