AZ

İranda “Oskar” mükafatına namizəd həbs edildi


“Sadə bir təsadüf” filminin ssenarisinə görə “Oskar” mükafatına namizəd göstərilən ssenarist Mehdi Mahmudian İranda hökumətin etirazçılara qarşı təzyiqlərinə qarşı çıxış etdiyinə görə həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, o, hökumətin etirazçılara qarşı amansız təzyiqlərini pisləyən bəyanatı imzaladıqdan sonra bu həftə sonu həbs edilib.
ABŞ-də yerləşən “Human Rights Activists” xəbər agentliyinin məlumatına görə, həftəsonu Mahmudianla yanaşı bəyanatı imzalayan bir neçə şəxs də saxlanılıb.
Bəyanatda tanınmış vəkillərin, sənətçilərin və fəalların imzaları da daxil olmaqla 17 imza var idi.
Mahmudianın və digər imza atanların harada olduğu barədə dəqiq məlumat verilməyib.
Onlara qarşı qaldırılan işlərin təfərrüatları da məlum deyil.
Seçilən
12
yeniavaz.com

1Mənbələr