AZ

Bərdədə yaşayış evlərinə yaxın ərazidə güclü yanğın – VİDEO

Bərdədə yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidəki kol-kos və ağaclar yanıb.

Faktla bağlı əraziyə FHN-nin müvafiq qüvvələri 2 yanğın söndürən maşın cəlb edilib. Yanğın genişlənməsinə imlan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.

FHN əməkdaşları ilə birlikdə Bərdə polisi də dərhal əraziyə gələrək özlərinə məxsus təhlükəsizlik tədbirlərini görülbər, əhalinin və evlərin qorunması üçün lazımi işləri həyata keçiriblər.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

@daralar.kndi Bərdə rayonunun Darğalar kəndində baş verən güclü yanğın zamanı 2 FHN yanğınsöndürən maşını və 2 PPX maşını hadisə yerinə operativ şəkildə cəlb olundu. FHN əməkdaşları ilə birlikdə Bərdə polisi də dərhal əraziyə gələrək özlərinə məxsus təhlükəsizlik tədbirlərini gördülər, əhalinin və evlərin qorunması üçün lazımi işləri həyata keçirdilər. Operativliyinə, çevik müdaxiləsinə görə Bərdə polis əməkdaşlarına və FHN əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Allah hamısını qorusun! 🙏🔥 #Təşəkkür #BərdəPolisi #Operativlik#bərdə#FHN ♬ Danger – SoundAudio

Turab

Seçilən
11
nocomment.az

1Mənbələr