AZ

ABŞ-İran gərginliyinin azalması ilə neft qiymətləri ucuzlaşır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Trampın İranın Vaşinqtonla “ciddi danışıqlar apardığını” deməsindən sonra neft qiymətləri bazar ertəsi günü təxminən 3% ucuzlaşıb.

Banco.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 2,9% azalaraq bir barel üçün 67,28 dollara, WTI markalı xam neft isə 3,1% ucuzlaşaraq 63,17 dollara enib.

 Qeyd edək ki, hər iki növ əvvəlki sessiyada son ayların ən yüksək səviyyələrinə yaxınlaşıb.

Analitiklərin fikrincə, Trampın açıqlamaları və Hörmüz boğazında gərginliyin azalmasına dair siqnallar bazarda geosiyasi risk mükafatını zəiflədib və qiymətlərdə korreksiyaya səbəb olub.

Seçilən
7
banco.az

1Mənbələr