AZ

Başına yumruq dəydi, dərhal keçəl oldu

ABŞ-ın Nyu-York şəhərində, "Madison Square Garden" arenasında keçirilən Karrel Miller və Kinqsli İbeh arasında ağır çəkidə boks qarşılaşmasında maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, görüşün ikinci raundunda Millerin rəqibi İbehdən aldığı zərbələrdən sonra taxdığı parik yerindən çıxıb. Zərbədən sonra əlavə saç ön hissədən qalxaraq qismən açılıb. Raundu başa vuran Miller küncdə pariki tamamilə çıxarıb gülə-gülə tribunadakı azarkeşlərə atıb.

Pariklə bağlı yaşanan bu insidentə baxmayaraq, Miller döyüşü qazanmağı bacarıb.

Qarşılaşmadan sonra rinqdə başını sığallayan boksçu baş verənləri zarafatla qarşılayıb. 37 yaşlı idmançı bildirib ki, anasının evində tapdığı bir şampundan istifadə etməyə başladıqdan sonra saçları tökülməyə başlayıb.

Seçilən
14
publika.az

1Mənbələr