AZ

Çiro İmmobilenin yeni klubu açıqlandı

Bakı. Trend:

İtaliya millisinin sabiq üzvü Çiro İmmobilenin yeni klubu bəlliolub.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Paris" 35 yaşlı hücumçununtransferini açıqlayıb.

Fransanın Liqa 1 təmsilçisinin yaydığı məlumatda futbolçu ilə2026/27 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib.İmmobile Fransada 36 nömrəli formanı geyinəcək.

İtaliyalı gücumçunun son klubu "Bolonya" olub və orada cəmi 9oyun keçirib.

Təcrübəli hücumçu "Yuventus", "Beşiktaş", "Cenoa", "Torino","Borussiya", "Sevilya", "Siena", "Sorrento", "Qrosseto", "Bolonya"və "Latsio" klubunda oynayıb. İmmobile həmçinin İtaliya millisində57 oyun keçirib (17 qol və 8 məhsuldar ötürmə) və 2021-ci il Avropaçempionu olub.

Seçilən
16
3
az.trend.az

4Mənbələr