"Liverpul" klubu "Renn"in futbolçusu Jeremi Jake heyətinə cəlb edəcək.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi 20 yaşlı futbolçu üçün 60+10 milyon avro ödəyəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

J. Jake bu ilin yayında "Liverpul"a qoşulacaq.

Gənc istedad müdafiənin mərkəzində çıxış edir. O, cari mövsüm 19 oyunda meydanda olub.

Onunla bir çox klub maraqlanırdı, lakin "qırmızılar" daha erkən davranıb.