AZ

Bazarlarda satılan yağ...

Bu gün biz daha təbii və ekoloji cəhətdən sağlam  qidalar axtarırıq, onu da tapmaq o qədər də asan deyil. Belə məhsullardan biri də kərə yağıdır. El dilində demiş olsaq, nehrə  yağı! Amma hansı bazara gedirsən  deyirlər ki, guya onlar kərə yağı satırlar.

Evə gətirib, ondan yemək hazırlayırsan və görürsən ki, kərə yağın tamın vermir və üstəlik də başqa bir xoşagəlməz qoxu olur. Qida üzrə ekspert Adil Məmmədov deyir ki, bazarlarda və marketlərdə satılan kərə yağı adı satılan məhsulların əksəriyyəti  saxta məhsullarıdır. Birincisi, həmin yağların sertifikatı olmalıdır. Bununla yanaşı, kərə yağı ilə başqa yağlar rənginə  və qoxusuna görə bilinir.

Sadəcə olaraq , onu ayırmağı hər adam bacarmır. Amma buna baxmayaraq, insanların əksəriyyəti yağı alarkən çətinliklə  üzləşirlər. Ən yaxşı nəzarət satıcıların vicdanıdır. Əgər vicdan yoxsa, həmin satıcının üstündə yüz nəzarətçi olsa, belə yenə o, istədiyin edəcək. Yəni kərə yağı əvəzinə saxta  yolla hazırlanmış məhsul satacaq!!!

Emil FAİQOĞLU

Seçilən
31
adalet.az

1Mənbələr