AZ

Mənzil təmir edənlərdən şikayət

ain.az, Adelet.az portalına istinadən məlumat yayır.

Yeni mənzil alan hər bir insan istər- istəməz  əsaslı təmir işləri aparır. Buna görə də, heç kimi qınamaq da olamaz. Çünki bu onun hala haqqıdır. Təbii ki, ev  təmir edliləndə mənzil sahibi mövcud qanunlara əməl etməyə borcludur.

Yeni mənzil təmir edilərkən vaxt rejiminə riayət edilməlidir.Yəni həftənin birinci günündən beşinci günə kimi, səhər saat doqquzdan , axşam saat yeddiyə, səkkizə kimi təmir işlərini aparmaq mümkündür. Qanun belə deyir ,ha! Şənbə və bazar günləri isə səs-küy yaradan işlər görməklə sakinləri narahat etmək olmaz. Buna görə, İnzibati Xətalar Məcəlləsində və Mənzil Haqqında Qanunda  təmir işləri görən insanların məsuliyyəti nəzərdə tutulub.

Ona görə də birmənalı olaraq təmir işləri aparan sakinlər bu qanuna əməl etməlidir! Çox təəssüf ki, qanunu pozan sakin də var, təmir işlərinə maneçilik yaradan adamlar da!  Məsələn, bir evini təmir etdirərkən döşəməyə lak vurur, qonşu ondan şikayət edir ki, lakın qoxusu məni narahat edir. Evin qapısı, pəncərəsi bağlı olduğu halda, bu qoxu onun evinə necə gedir? Vallah, bu, bəhanədən və paxıllıqdan başqa bir şey deyil.

Bu, Krılovun  " Qurd  və quzu" hekayəsini yadımıza salır. Bax, belə evinizi təmir edəndə  qanuna əməl edən  və paxıl adamların  dedi- qoxusuna məhəl qoymayın!!!

Emil FAİQOĞLU        

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
adalet.az

2Mənbələr