Lənkəranda fərdi evdə yanğın olub, ev sahibi ölüb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, Lənkəran rayonunun Aşağı Nüvədi kəndində fərdi yaşayış evində yanğın zamanı ev sahibi, 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimov yanaraq ölüb.
Hadisə yerinə FHN-in texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.
Araşdırma davam edir.