AZ

Dünyanı silkələyən Epşteyn işi Məşhur şəxslərdən əxlaqsız milyarderə cinsi istismar üçün körpə qız və oğlan təklif edib

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

ABŞ-da yetkinlik yaşına çatmayan qız və oğlan uşaqlarını cinsi istismar və fahişəlik şəbəkəsi yaratmada ittiham olunaraq saxlanılan və həbsdəykən müəmmalı şəkildə ölən milyarder Ceffri Epşteynlə bağlı açılan istintaq sənədlərdə şok faktlar yer alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sənədlərdə məşhur reklamçı Peqqi Siqalın Afrikanın Keniya ölkəsində səfərdəykən milyarderlə yazışaraq, ona cinsi istismar məqsədiylə "sənə buradan körpə qız və oğlan gətirib", - deyə təklif verdiyi aşkarlanıb.

Məlumata görə, istintaqı aparan ABŞ Baş Prokurorunun müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin içində Epşteynə göndərilən elektron poçt məktubunda Peqqi Siqal Keniyanın paytaxtı Nayrobidən əxlaqsız mlyarderə yazıb: "Başqa bir həyat təcrübəsi üçün sizə kifayət qədər təşəkkür edə bilmərik. Sizə bir və ya iki balaca körpə gətirə bilərəm. Qız, yoxsa oğlan? Madonna kimi".

Yeri gəlmişkən, açılan sənədlər arasında ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında sənədli filmin rejissoru Brett Ratnerin Epşteynlə birlikdə çəkilmiş fotoşəkilləri də var. Şəkillərdə Ratner divanda Epşteyn və şəxsiyyətləri gizli saxlanılan iki qadını divanda qucaqlayıb. Bu şəkillərin çəkilmə tarixi açıqlanmayıb.

Nə Siegal, nə də Ratner məsələ ilə bağlı şərh verməyiblər.

Hüseyn Namazov

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
mia.az

1Mənbələr