AZ

Norveç şahzadəsinin adı Epşteyn dosyesində 1000 dəfədən çox hallanır

Norveç şahzadəsinin adı Epşteyn dosyesində 1000 dəfədən çox hallanır

Norveç vəliəhd şahzadəsi Mette-Maritin adı amerikalı qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə 1000 dəfədən çox qeyd edilib.

AFN.az Norveçin "VG" qəzetinə istinadən xəbər verir ki, bu faktlar ABŞ Ədliyyə Nazirliyinin yanvarın 30-da açıqladığı yeni materiallarda üzə çıxıb.

Məlumata görə, ictimaiyyətə təqdim olunan elektron yazışmalarda şahzadə ilə Epşteyn arasında görüşlərin müzakirə edildiyi və onların bir-birinə bayram təbrikləri göndərdiyi əks olunub. Qeyd olunan sənədlər tərəflər arasındakı münasibətlərin əvvəllər güman edildiyindən daha sıx olduğunu göstərir.

Xatırladaq ki, vəliəhd şahzadə Mette-Marit daha əvvəl verdiyi açıqlamalarda Epşteynlə 2011-2013-cü illər ərzində cəmi bir neçə dəfə görüşdüyünü bildirmişdi. Lakin yeni üzə çıxan faktlar bu təmasların miqyası barədə suallar yaradıb.

Seçilən
30
afn.az

1Mənbələr