AZ

Epşteyn sənədlərində "Putin bombası”

ABŞ Ədliyyə Nazirliyi tərəfindən Şəffaflıq Aktı çərçivəsində 30 yanvarda yayımlanan yeni sənədlər, gənc qızları hədəf alan cinsi istismar şəbəkəsini idarə etməkdə ittiham olunan və həbsxanada ölən amerikalı milyarder Ceffri Epşteynlə bağlı dünya xəbərlərində dominant yer tutmağa davam edir.

Publika.az xəbər verir ki, yeni yayımlanan milyonlarla sənəd arasında yazışmalar Epşteynin qaranlıq münasibətlərinə işıq salmağa davam edir və onun dünyanın nüfuzlu iş adamları və siyasətçiləri ilə əlaqələrini ortaya qoyur. Yeni yayımlanan sənədlər arasında bəzi elektron poçtlarda 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinə qarşı Bolotnaya meydanında keçirilən etirazlar müzakirə olunur və Rusiya Dövlət Dumasının o vaxtkı deputatı İlya Ponomaryov "Rusiyanın gələcək lideri" adlandırılır.

Əvvəllər ABŞ milyarderi Bill Geytsin elm və texnologiya üzrə müşaviri vəzifəsində çalışmış Boris Nikoliçin Epsteynə göndərdiyi elektron məktubda ondan Bolotnaya etirazlarının təşkilatçısı və Putinin potensial varisi İlya Ponomaryovla bağlı məsləhət alıb.

Elektron məktubda deyilir: "Tezliklə Rusiyaya getməliyik və orada yaxın dostum İlya Ponomaryovla görüşməliyik. Ponomaryov və Alyona (onun çox ağıllı və gözəl sevgilisi) Putinə qarşı üsyanın əsas təşkilatçılarıdır. Ponomaryov Novosibirsk vilayətini təmsil edir, amma onlar Moskvaya köçürlər. Ona bir şey ola biləcəyindən narahatam. Hadisələr həqiqətən geniş miqyasda ola bilər. Onu öldürməsələr, o, Putini əvəz edərək prezident ola bilər (gec-tez bu baş verəcək). Bu, çox təhlükəli bir vəziyyətdir. Ona necə kömək etmək barədə bir fikriniz varmı?"

Boris Nikoliç aydınlaşdırır ki, burada yardım tələb olunan məsələ Ponomaryovun başqa bir e-poçtda qeyd olunduğu kimi Davosa səfəri deyil, "ümumiyyətlə digər məsələlərdir" və əlavə edir ki, "O, çox ağıllıdır və Rusiyanın ən nüfuzlu insanlarından biridir".

Seçilən
24
publika.az

1Mənbələr