"Yuventus" yeni oyunçu ilə güclənib.
Fanat.Az xəbər verir ki, Turin klubu rəsmi saytı vasitəsilə "Nitsa"nın hücumçusu Ceremi Boqanı icarəyə götürdüyünü açıqlayıb.
29 yaşlı oyunçu cari mövsümün sonuna qədər İtaliya nəhəngində forma geyinəcək. Ancaq müqavilədə "Yuventus"un oyunçunu almasına icazə verən bənd var. Razılaşdırılmış transfer haqqı 4,8 milyon avrodur.
Fil Dİşi Sahilindən olan futbolçu bu mövsüm bütün yarışlarda "Nitsa"da 20 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Boqa daha əvvəl İtaliyada "Sassuolo" və "Atalanta"da oynayıb. O, milli komandada 21 oyun keçirib, 2 qol vurub və Fil Dİşi Sahili yığmasının 2023-cü ildə Afrika Millətlər Kubokunu qazanmasına kömək edib.