AZ

Qubanın ağ alması, kənd həyatı, əyləncə məkanları... - FOTOLAR

Qubanın ağ alması, kənd həyatı, əyləncə məkanları... - FOTOLAR

Bölgəyə təşkil olunmuş infoturdan geriyə qalanlar

Yanvarın 31-də "Millennium Turizm" şirkətlər qrupunun təşəbbüsü, "Arena Hotel Group"un təşkilatçılığı və sponsorluğu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Skal İnternational Baku" klubunun rəsmi dəstəyi ilə "Millennium Turizm" şirkətlər qrupunun incoming (gəlmə) turizm departamentinin əməkdaşları üçün "Arena Hotel Quba"ya təftiş-infotur təşkil olunub.

"Millennium Turizm" şirkətlər qrupunun rəhbəri Ruslan Quliyev iştirakçılara məlumat verərək bildirib ki, proqram satış, əməliyyat və marketinq komandalarının real praktik bilik və bacarıqlar əldə etməsinə hesablanıb. Onun sözlərinə görə, infoturun əsas məqsədi Quba bölgəsinin turizm potensialı ilə yerində tanışlıq, bölgənin turizm məhsullarının turizm şirkətləri şəbəkəsi vasitəsilə təqdimat və satış imkanlarının genişləndirilməsi, eləcə də "Arena Hotel Guba"nın mehmanxana infrastrukturu və əlavə xidmət sahələrinin tanıdılmasıdır.

İnfotur iştirakçıları "Arena Qrand Hotel" və "Arena Sport Hotel"lə yaxından tanış olublar. "Arena Hotel Quba"nın ön ofis meneceri Camal Həziyev bildirib ki, kompleksin 16 hektar ərazisində 3 hotel, 20 nömrədən ibarət 5 apartament fəaliyyət göstərir. Bundan əlavə, kompleksin ərazisində 7 min nəfər tutumu olan futbol meydançası var.

"Arena Hotel Qrup"un tərkibində 40 hotel fəaliyyət göstərir

"Arena Hotel Qrup"un direktoru Cavid Seyidov infotur iştirakçıları ilə görüşdə bildirib ki, bir il əvvələ qədər olimpiya idman kompleksləri yalnız idmana xidmət edib, indi isə sırf hotel xidmətinə çevrilib: "Hazırda 'Arena Hotel Qrup'un tərkibində 40 hotel fəaliyyət göstərir. Bugünlərdə Yevlaxda daha bir hotelimiz işə başlayacaq".

Alabaşın qonaqpərvərliyi, Müjdənin "zarafatı", meyvə toplamanın keyfi...

İnfotur iştirakçılarının Qubanın 2-ci Nügədi kəndində yerləşən "Kənd İnn" aqroturizm müəssisəsinə səfəri də maraqlı təəssüratlarla yadda qalıb. Burada turistləri ötən əsrin 70-80-ci illərinin kənd marşrutu olan "Alabaş" avtobusu qarşılayır. "Kənd İnn"in maraqlı sakinlərindən biri də uzunqulaq Müjdədir.

Müəssisənin rəhbəri Vüsal Şərifli qonaqlara məlumat verərək bildirib ki, 30 hektar ərazidə müxtəlif meyvə bağları var. Onun sözlərinə görə, turistlər öz istəklərinə uyğun olaraq meyvələri toplayırlar. İnfoturun ikinci günü iştirakçılar "Quba Palace Hotel"ə baş çəkiblər və hoteldəki qolf klub haqqında geniş məlumat alıblar.

Fəxriyyə ABDULLAYEVA

Seçilən
42
afn.az

1Mənbələr