AZ

Cəlilabadda əmisi tərəfindən balta ilə yaralanan yeniyetmə vəfat edib

Cəlilabad rayonunda ağır cinayət hadisəsi ölüm faktı ilə nəticələnib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmisi tərəfindən balta xəsarətləri alan 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva göstərilən tibbi yardımlara baxmayaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Yeniyetmənin meyiti müvafiq ekspertiza tədbirlərinin aparılması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
2
yeniazerbaycan.com

8Mənbələr