Bakı. Trend:
Tarix sübut edir ki, hər bir dövlətin və ya cəmiyyətin sabahımüxtəlif sosial-iqtisadi amillərlə bərabər, gənc nəslin inkişafsəviyyəsi ilə sıx bağlıdır. Bu gün sağlam, o cümlədən, milli-mənəvidəyərlərə sədaqət ruhunda formalaşan gənclik etibarlı gələcək vəgüclü təməllərə söykənən cəmiyyət deməkdir. Ulu Öndər HeydərƏliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurlahəyata keçirdiyi gənclər siyasəti göstərir ki, bu reallıqAzərbaycanda düzgün dəyərləndirilir, gənclərlə bağlı çağırışlaruğurla həyata vəsiqə alır.
Qeyd etmək lazımdır ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevrespublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə gənclərlə bağlıməsələləri xüsusi diqqət mərkəzində saxlamışdır. Vaxtilə gənclərinoxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi,Bakıda C.Naxçıvanski adına hərbi təmayüllü məktəbin açılması HeydərƏliyevin gənc nəslin inkişafına və Azərbaycanın gələcəyinəhesablanmış fəaliyyətinin göstəricisi idi.
1993-cü ildə respublikamıza rəhbərliyə başladıqdan sonra da UluÖndərin həyata keçirdiyi ilk tədbirlərdən biri gənclər sahəsindəyeni dövlət siyasətinin müəyyən olunması, gənclərlə iş sahəsindəəvvəlki hakimiyyətlərin buraxdıqları kobud səhvlərin nəticələrininaradan qaldırılması oldu. Heydər Əliyevin 1993-cü ilin sentyabrındagənclərlə görüş keçirməsi, 1994-cü ilin iyul ayında Gənclər vəİdman Nazirliyinin yaradılması göstərirdi ki, Ulu Öndər gənclərləiş məsələlərini xüsusi diqqət mərkəzində saxlayır.
Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-dəAzərbaycan gənclərinin I Forumunun keçirilməsi respublikamızınsiyasi-ictimai tarixində yaddaqalan hadisə oldu. Ulu Öndərin1997-ci il fevralın 1-də imzaladığı Sərəncama əsasən Azərbaycangənclərinin I forumunun keçirildiyi tarix – fevral ayının 2-siAzərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən MDBməkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraqAzərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd edilməsinəbaşlanılıb.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclərsiyasətinin göstəricisi kimi gəncliyin sağlam ruhda formalaşmasıistiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirildi, busahədə mükəmməl hüquqi baza yaradıldı. O cümlədən, gənclər məsulvəzifələrdə irəli çəkildilər, onların cəmiyyət həyatının bütünsahələrində fəal iştirakı üçün imkanlar yaradıldı. Bu siyasətinnəticəsi kimi idmançılarımız da beynəlxalq yarışlarda uğurlara imzaatdılar.
Heydər Əliyev siyasi kursun davamçısı kimi cənab Prezident İlhamƏliyev də öz fəaliyyətində gənclərlə bağlı məsələləri xüsusi diqqətmərkəzində saxlayır. Ötən 22 ilin reallıqları, görülən işlərgöstərir ki, Prezident İlham Əliyev gənclər siyasətini yenikeyfiyyət mərhələsinə yüksəldib. Mühüm məqamlardan biri də budurki, dövlət gənclər siyasəti sürətlə dəyişən və inkişaf edən birşəraitdə ən müasir çağırışları özündə ehtiva edir. Ötən dövrdəhəyata keçirilən tədbirlərə nəzər salsaq, dövlət gənclərsiyasətinin nə qədər zəngin, əhatəli və çoxməzmunlu olduğunu görəbilərik. Belə ki, gənclər sahəsində, habelə, gənclərin xaricdətəhsili ilə bağlı ardıcıl şəkildə dövlət proqramlarının qəbuledilməsi, 2007-ci ilin "Gənclər ili" elan olunması, “2015-2025-ciillərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyatakeçirilməsi, gənc ailələrin sosial qayğılarının həlli ilə bağlıtədbirlərin görülməsi, şəhər və rayonlarda «Gənclər Evi»ninyaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi,Azərbaycan Respublikasının Gənclər Fondunun təsis olunması, gənckadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş”müsabiqəsinin keçirilməsi dövlət gənclər siyasətinin nə qədərəhatəli olduğunu göstərir. Bütün bunların nəticəsi kimi gənclərintəhsilində, məşğulluqlarının təmin olunmasında, bütövlükdə,gəncliyin özünü təsdiq etməsində pozitiv dəyişikliklər başverib.
Azərbaycan gəncliyi həm də vətənpərvərdir, dövlətə vədövlətçiliyə sıx bağlıdır. Biz bunun ən böyük nümunəsini 44 günlükVətən müharibəsində gördük. Ordumuzun şəxsi heyəti ilə yanaşı,könüllü şəkildə müharibəyə getmək üçün müraciət edənlərin mütləqəksəriyyəti məhz gənclər idilər. Bu gənclər heç Qarabağıgörməmişdilər, lakin dövlətimizin gənclər siyasəti və milli-mənəvidəyərlərə son dərəcə bağlılıq onları vətənpərvərlik ruhundaformalaşdırmışdı. Bu mənada Vətən müharibəsi və antiterrortədbirləri gənclərimizin ən yüksək milli keyfiyyətlərin daşıyıcısıolduqlarını nümayiş etdirdi. Onlar torpaqlarımızın azadlığı yolundaqəhrəmanlıqlar göstərdilər, dastanlar yazdılar, şəhidlik zirvəsinəucaldılar.
Bu barədə Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25illiyinə həsr olunmuş Gənclər Forumunda xüsusi vurğulayıb:
“Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyətigənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə birgənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixigörməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqətuğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffərOrdumuzun şöhrətini yüksəklərə qaldırdılar.”
2 Fevral Azərbaycan Gəncləri Günündə biz şəhid gənclərimizi dəehtiramla anır, onlara rəhmət diləyirik.
Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə də çoxfəal oldular. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçilərişəbəkələrdə üstünlüyü əldə edərək, həqiqətlərlə bağlı paylaşılanməlumatların təsirliliyinə nail oldular.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin IForumunda Ulu Öndər Heydər Əliyev demişdi:
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıqmüstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Məlumdur ki, özünü müxalifət hesab edən, lakin sivilmüxalifətçilikdən uzaq olan, əslində isə, öz əməlləri ilə dövlətəvə xalqa müxalif olan antimilli qruplaşmalar öz məkrlifəaliyyətlərinə zaman-zaman gəncləri də alət etməyə çalışıblar. Ocümlədən, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu vəinkişafını istəməyən antiazərbaycançı dairələr respublikamıza qarşıapardıqları qarayaxma kampaniyalarında gənclərdən də istifadə etməküçün müxtəlif cəhdlər göstəriblər. Lakin bütün hallarda onlarıngəncliyin potensialından Azərbaycan dövlətinə qarşı istifadə etməkniyyətləri iflasa uğrayıb. Gənclərimiz hər zaman dövlətə və xalqasədaqət nümayiş etdirməklə yanaşı, həm özünü müxalifətçi hesab edənqaragüruhçu qruplaşmanın, həm də antiazərbaycançı şəbəkəninəməllərinin ifşa edilməsində fəallıq göstəriblər, onlara qarşımübarizənin önündə gediblər. Bütün bunlar ondan xəbər verir ki,gənclər öz fəaliyyətlərində Ulu Öndərin tövsiyyələrini rəhbər tuturvə hər zaman cənab Prezident İlham Əliyevin ətrafında sıxsəfərbərdirlər.
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclərsiyasətinin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müasirdövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəflifəaliyyətinə və inkişafına geniş imkanlar yaradıb. Bütün bunlarılayiqincə dəyərləndirən gənclərimiz isə onlara göstərilən etimadıöz əməlləri ilə uğurla doğruldurlar