AZ

Kəklikotu yağı təhlükəli bakteriyalara qarşı effektiv ola bilər -ARAŞDIRMA

Dərman bitkilərindən əldə olunan efir yağları bakterial infeksiyalarla mübarizədə effektiv əlavə vasitəyə çevrilə bilər. Bu qənaətə Vrotslav Tibb Universitetinin alimləri apardığları araşdırmaya əsasən gəliblər.  

Redaktor.az xəbər evrir ki, araşdırmanın nəticəsi "Frontiers in Pharmacology" jurnalında dərc olunub.

Eksperimentlər zamanı alimlər dəri və yara infeksiyalarına səbəb olan, o cümlədən antibiotiklərə davamlı klinik bakteriya ştammlarına efir yağlarının təsirini yoxlayıblar. Standart laboratoriya testlərindən fərqli olaraq, tədqiqatda real yara şəraitini imitasiya edən xüsusi modeldən istifadə edilib.

Araşdırma nəticəsində məlum olub ki, kəklikotu yağı bu mühitdə bakteriyaların çoxalmasını adi qida mühitinə nisbətən xeyli daha effektiv şəkildə dayandırıb. Rozmarin yağı isə əksinə, belə şəraitdə öz antibakterial aktivliyinin bir hissəsini itirib.

Alimlər hesab edirlər ki, bu nəticələr efir yağlarının, xüsusilə də kəklikotu yağının, gələcəkdə yara infeksiyalarının müalicəsində əlavə və köməkçi vasitə kimi istifadə imkanlarını göstərir.

Aytəkin TOFİQQIZI

Seçilən
17
redaktor.az

1Mənbələr