AZ

Hüquq müdafiəçisi: Azərbaycan gəncliyinə və gənclərə etimad artıq öz təsdiqini tapıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, dövlət idarəçiliyində onlara etimad göstərilməsi həyata keçirilən siyasətin prioritetlərindən biridir. Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərin qarşılaşdırları problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsini, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsini, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərə etimad göstərilməsini daim diqqət mərkəzində saxlayıblar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi bildirib ki, Ulu Öndər gəncliyi yüksək qiymətləndirib. Ümummilli Liderin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Dövlətimizin başçısı gənclərə inandığını və güvəndiyni çıxışlarında da diqqətə çatdırıb: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Gənclər, mən sizə inanıram, güvənirəm.”

Ç.Qənizadə deyib ki, sağlam gənclik, həm də sağlam düşüncə deməkdir. Milli mənəvi dəyərlərimizlə müasirliyi uzlaşdırmağı bacaran vətənpərvər gənclərimizə ölkəmizin gələcəyini etibar etmək olar. Bu gün gənclərimizin Vətənimizin müdafiəsində sinələrini sipər etmələri, Azərbaycanın ərazi bütölüyülünün bərpası yolunda canlarını fəda etmələri, ölkəmizin bütün ərazisində Dövlət bayrağımızın dalğalanması yolunda mərdliklə, igidliklə vuruşmaları və buna nail olmaları bir daha Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyəsindən xəbər verir. Bu, eyni zamanda, gənclərə ən yüksək diqqət və qayğının, onlara inam və etimadın nəticəsidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə inam hissi artıb.

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Dövlət başçısının təşəbbüsü ilə 2007-ci ilin “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, “Yüksəliş” müsabiqəsi, “Gənclər üçün Prezident Mükafatı” kimi layihələr gənclərin ictimai-siyasi, sosial və peşəkar inkişafına güclü stimul verib. Bu təşəbbüslər gənclərin yalnız fəal vətəndaş kimi formalaşmasına deyil, eyni zamanda, gələcəyin idarəçi kadrlarının yetişdirilməsinə xidmət edir.

Hüquq müdafiəçisi gənclərimizin Prezidentin ətrafında sıx birləşdiyini də diqqətə çatdıraraq deyib: “Azərbaycan gəncliyi seçdiyi və sevdiyi Prezidentinin ətrafında sıx birləşib. Bu, İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində qazandığımız tarixi Qələbədə də özünü bir daha göstərdi. Qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şəxsi heyətinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Bu ordu Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazandı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir ki, gənclər cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq, gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşmuşlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti bu gün Azərbaycan gəncləridir.

Gənclər Günü təkcə gənclərimizin günü deyil, onların uğurlarına sevinənlərin, onları bu uğurlara hazırlayanların da günüdür. Yəni, Gənclər Günü cəmiyyətin günüdür. Hamınızın Gənclər Gününüz uğurlu olsun!"

“Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox böyük rol oynayırlar. Gənc nəslin təşəbbüsləri, onların əməyi hər yerdə görünməkdədir. Bu, gənclərimizə yaradılan əlverişli imkanların, onlara inam və etimadın nəticəsidir” - deyə Ç.Qənizadə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
azertag.az

10Mənbələr