AZ

Taipei Times: ABŞ Tayvana 28 ədəd Abrams tankı göndərə bilər

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ istehsalı olan 28 ədəd M1A2T Abrams tankının Tayvana növbəti həftələrdə çatdırılması gözlənilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti mənbələrə istinadən məlumat yayıb və çatdırılmanın mart ayına qədər həyata keçirilməsinin mümkün olduğunu bildirib.

Mənbə qeyd edib ki, Tayvanın müdafiə naziri "tankların Tayvana çatdırılması üçün qısa müddət ərzində yük gəmiləri vasitəsilə təchizatın təşkil olunması ilə fəal şəkildə məşğul olduğunu" vurğulayıb. Tankların Tayvana gəlməsi təxminən fevralın sonu ilə martın əvvəlinə təsadüf edə bilər.

"M1A2T" ABŞ-ın məşhur "M1 Abrams" tankının yeni bir versiyasıdır. Vaşinqton 2019-cu ildə Taybəyə 108 ədəd belə tankın satışını təsdiqləmişdi. Sözügedən müqavilənin ümumi dəyəri təxminən 40,5 milyard Tayvan dolları (təxminən 1,45 milyard ABŞ dolları) təşkil edib. Tayvan artıq 80 tank alıb: 38 ədəd dekabr 2024-də, 42 ədəd isə iyul 2025-də təhvil verilib.

Tayvan 1949-cu ildən bəri öz idarəsi altında fəaliyyət göstərir. Həmin il, Çin Vətəndaş müharibəsini itirən Gomiyndan qüvvələrinin lideri Çan Kay-şi (1887-1975) və tərəfdarları Tayvana qaçmışdılar. Pekinin rəsmi mövqeyinə görə, Tayvan Çin Xalq Respublikasının (ÇXR) bir hissəsidir və bu mövqe əksər ölkələr tərəfindən dəstəklənir. Vaşinqton 1979-cu ildə Taybeylə diplomatik əlaqələri kəsərək, ÇXR ilə əlaqə qurmuşdur. "Bir Çin" siyasətini tanıyan ABŞ, hələ də Tayvan administrasiyası ilə əlaqə saxlayır və adaya silah təchizatını davam etdirir. Çin tərəfinin qiymətləndirməsinə görə, son bir neçə ildə Tayvana edilən silah təchizatının ümumi dəyəri 70 milyard ABŞ dollarını keçib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
icma.az

1Mənbələr