AZ

Tikintidə yeni yanaşmalar Yaşıl bina nədir? VİDEO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Şəhərlərdə iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması məqsədilə "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları üzrə yeni addımlar atılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu çərçivədə şəhərsalma və tikinti sahəsində mövcud qanunvericilik təhlil edilir, beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda, normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, "yaşıl tikinti" və "yaşıl bina" ətraf mühitə zərəri minumuma endirir. Bu prinsiplərlə inşa edilən tikililər isə "yaşıl bina" adlanır. Ekspert bu tip binaların üstünlüklərinə də diqqət çəkib.

Belə binalar enerji səmərəliliyi, təbii işıqlandırma, düzgün havalandırma və insan sağlamlığı üçün daha təhlükəsiz şəraitlə seçilir.

Qeyd olunur ki, yaşıl binalar təkcə təbiətin qorunmasına deyil, eyni zamanda, uzunmüddətli iqtisadi qənaətə də imkan yaradır.

Daha ətraflı videomaterialı təqdim edirik. Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
news.milli.az

6Mənbələr