Sabirabad sakini dəm qazından boğulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Hüseyn Cavid küçəsində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Seydanə Mirələkbər qızı Ələkbərova hamamda olarkən dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.