Melaniya Tramp haqqında film kassa rekordu qırdı
Ajans.az xəbər verir ki,bu barədə "The Hollywood Reporter" məlumat yayıb. Film ilk gün 3 milyon dollara yaxın (2 milyon 900 min dollar) gəlir əldə edib və həftəsonunun yekununda bu rəqəmin 8 milyonu keçəcəyi gözlənilir. Bu, son on ildə sənədli film üçün ən yaxşı nəticədir. Əvvəlcə kassa gözləntiləri 3 milyon ilə 5 milyon dollar arasında idi, lakin premyeradan sonra proqnozlar dəyişdi. Film Ceyson Stethemin rol aldığı yeni döyüş filmindən daha çox satılıb və "CinemaScore"dan ən yüksək A reytinqini alıb.