AZ

Qərbin üzü Çinə doğru deyil, praqmatik uyğunlaşma nümayiş etdirilir - KİV

Qərbin üzü Çinə doğru deyil, praqmatik uyğunlaşma nümayiş etdirilir - KİV

Qərb siyasətçilərinin son dövrlər Çinə intensivləşən səfərləri Pekinə tərəf strateji dönüş deyil, sadəcə cari reallıqlara praqmatik uyğunlaşma cəhdidir.

AFN.az xəbər verir ki, bu haqda "China Daily" qəzetinin hazırladığı məqalədə deyilir. Bildirilir ki, Qərb liderləri və iri korporasiya rəhbərlərinin Pekinlə təmasları transatlantik bağların zəifləməsi kimi yozulmamalıdır.

Nəşrin təhlilinə görə, ABŞ-ın müttəfiqləri Çinlə mümkün olan sahələrdə əməkdaşlıq etməyi, zəruri məqamlarda riskləri sığortalamağı, fundamental maraqlar və təhlükəsizlik məsələlərində isə məsafə saxlamağı öyrənirlər. Məqalədə qeyd olunur ki, transatlantik münasibətlər hisslərə deyil, NATO, Aİ-ABŞ Ticarət və Texnologiya Şurası, həmçinin "Beş göz" (Five Eyes) kəşfiyyat şəbəkəsi kimi dərin institusional sistemlərə söykənir.

Eyni zamanda, iqtisadi əlaqələrin kövrəkliyinə diqqət çəkən müəlliflər hesab edirlər ki, Çinlə iqtisadi tərəfdaşlıq bir çox hallarda şərtidir və ABŞ-ın təzyiqi artdıqda, "müttəfiqlik intizamı" iqtisadi mənfəəti üstələyir. Beləliklə, Qərbin Çinlə qarşılıqlı əlaqələri gələcəkdə də seçmə xarakter daşıyacaq və xarici siyasi konyunkturadan, xüsusilə transatlantik həmrəylikdən birbaşa asılı olacaq.

Seçilən
12
afn.az

1Mənbələr