AZ

Venesuela ilk dəfə mayeləşdirilmiş neft qazını ixrac edib

Rəsmi Karakas bunu ölkə üçün mühüm iqtisadi nailiyyət kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, Venesuela tarixində ilk dəfə olaraq mayeləşdirilmiş neft qazından (LPG) ibarət partiyanı ixrac edib. Bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges məlumat verib.

Delsi Rodriges “Telegram” kanalında paylaşım edərək bildirib ki, “Chrysopigi Lady” adlı tanker Venesueladan ilk LPG yükü ilə yola düşüb. Onun sözlərinə görə, bu hadisə Venesuela xalqının rifahı baxımından mühüm nailiyyətdir. Rəsmi açıqlamada yanacağın hansı ölkəyə satıldığı barədə məlumat verilməyib.

Qeyd olunur ki, indiyədək Venesuelada istehsal edilən bütün mayeləşdirilmiş neft qazı daxili bazara yönəldilib və ölkənin daxili tələbatı tam şəkildə ödənilib. Bununla yanaşı, yanvar ayında Venesuela hakimiyyəti LPG ixracı ilə bağlı müqavilə imzalandığını açıqlasa da, potensial alıcının adını açıqlamamışdı.

Ekspertlərin fikrincə, mayeləşdirilmiş neft qazının ixracına başlanması Venesuelanın enerji sektorunda ixrac imkanlarının genişlənməsi və ölkənin valyuta gəlirlərinin artırılması baxımından əhəmiyyətli addım hesab olunur. Bu addım həm də Karakasın enerji resurslarının xarici bazarlara çıxarılması istiqamətində yeni mərhələyə keçdiyini göstərir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr