AZ

İlon Mask Epşteyn fayllarının dərcində rolunu vurğulayıb

Milyarder bu prosesdə məqsədinin uşaqların müdafiəsi olduğunu bildirib...

Poliqon xəbər verir ki, amerikalı milyarder İlon Mask Ceffri Epşteyn işi üzrə materialların tam şəkildə ictimaiyyətə açıqlanması uğrunda fəal mübarizə apardığını bəyan edib. Onun sözlərinə görə, uşaqların qorunması naminə gələcəkdə üzləşə biləcəyi hər cür ağrını və təzyiqi qəbul etməyə hazırdır.

İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib ki, Epşteyn fayllarının açıqlanması prosesində onu amansız şəkildə qaralayacaqlarını əvvəlcədən bilib. O vurğulayıb ki, Epşteynin məclislərində iştirak etməyib, “Lolita Ekspress” təyyarəsi ilə uçmayıb, onun məşum adasına ayaq basmayıb və ümumiyyətlə, hər hansı qanunsuz əməl törətməyib. Buna baxmayaraq, onun sözlərinə görə, özünü olduğu şəxsiyyətin tam əksi kimi təqdim edən ittihamların yaratdığı dözülməz psixoloji təzyiq buna dəyərdi.

Milyarder əlavə edib ki, media qurumlarının, radikal sol təbliğatçıların və əslində günahkar olan şəxslərin hər şeyi inkar edəcəyini və ona qarşı əks ittihamlar irəli sürəcəyini anlayırdı. Mask qeyd edib ki, güclü olanlar özünü müdafiə edə bilməyənləri, xüsusilə də həssas vəziyyətdə olan uşaqları qorumağa borcludur.

Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı təxminən 3 milyon sənədi dərc edib. Epşteyn insan alveri və fahişəliyin təşkili ittihamları ilə gündəmə gəlmişdi. Açıqlanan materiallar arasında İlon Maskla Ceffri Epşteyn arasında olduğu iddia edilən yazışmalar da yer alıb. Bununla belə, Mask Epşteynlə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə təkzib edir.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr