AZ

ABŞ Tayvana 28 ədəd "Abrams" tankı göndərir

Qarşıdakı həftələrdə Tayvana 28 ədəd Amerika istehsalı "M1A2T Abrams" tankı çatdırıla bilər.

Ucnoqta.az xəbər verir ki, Taipei Times qəzetinin mənbəyə istinadən verdiyi məlumata görə, çatdırılma mart ayından əvvəl baş tuta bilər.

Mənbə qeyd edib ki, adanın hərbi qüvvələri tankların yük gəmiləri ilə Tayvana mümkün qədər tez çatdırılmasını fəal şəkildə təşkil edir.

Gözlənilən çatdırılma vaxtı fevralın sonu ilə martın əvvəli arasındadır.

Seçilən
13
ucnoqta.az

1Mənbələr