AZ

Lukaku məsələsi yenidən gündəmdə: Tedesko qərarını verdi

Ademola Lookmanın İspaniyanın “Atletiko Madrid” klubu ilə razılığa gəlməsindən sonra Romelu Lukaku yenidən “Fənərbağça”nın transfer gündəminə daxil olub. “Sarı-göylər” hücum xəttini gücləndirmək üçün alternativ variantları nəzərdən keçirib.

İdman.Biz xəbər verir ki, Super Liqada ara transfer dövründə heyətini gücləndirmək istəyən “Fənərbağça” uzun müddət danışıqlar apardığı Lukmanla razılıq əldə edə bilməyib. Futbolçunun “Atletiko Madrid”ə keçidinin yaxınlaşmasından sonra “Napoli”nin hücumçusu Romelu Lukaku kluba təklif olunub.

Lukman transferinin baş tutmamasından sonra “Fənərbağça” Dünya Çempionatı öncəsi Lukakunu icarəyə götürmək variantını gündəminə salıb. Lakin komandanın baş məşqçisi Domeniko Tedesko bu transferə veto qoyub.

Məlumata əsasən, Tedesko Lukakunun zədədən yeni qayıtmasını əsas gətirərək bu keçidi məqsədəuyğun hesab etməyib. Zədə səbəbindən belçikalı hücumçu bu mövsüm “Napoli”də cəmi 20 dəqiqə meydanda olub və üç oyunda forma geyinib.

32 yaşlı futbolçunun “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Lukaku karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma” klublarında çıxış edib, 2024-cü ildə isə “Napoli”yə transfer olunub.

İdman.Biz
Seçilən
11
1
idman.biz

2Mənbələr