AZ

ABŞ HHM sistemini gücləndirir: İran hər an zərbə endirə bilər

ain.az, Axar.az saytına istinadən bildirir.

ABŞ İranın mümkün cavab zərbəsinə qarşı hava hücumundan müdafiə sistemlərini gücləndirir.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.

"ABŞ Prezidenti Donald Tramp İrana qarşı qətiyyətli zərbə əmri verərsə, bu, İrandan mütənasib cavab reaksiyasına səbəb ola bilər. Bu isə İsraili, Amerika müttəfiqlərini, eləcə də onun bölgədəki ordusunu qorumaq üçün əlavə hava hücumundan müdafiə imkanları tələb edə bilər.

Pentaqon Amerika qoşunlarının yerləşdirildiyi bazalara əlavə THAAD raketdən müdafiə sistemi, eləcə də bir neçə "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirmək üzərində işləyir",- məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
axar.az

2Mənbələr