AZ

Britaniyada Maykl Ceksonun uşaqlarla münasibəti barədə dedikləri yayımlanıb

BAKI, 2 fevral. TELEQRAF

Böyük Britaniyanın "Wonderhood Studios" studiyası amerikalı müğənni Maykl Ceksonun azyaşlılarla münasibətlərinə dair yeni detalların yer aldığı audioyazıları yayımlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti studiyanın sənədli filminin tanıtım çarxına istinadla məlumat verib. Qəzetin sitat gətirdiyi audiofraqmentdə Cekson uşaqların onun şəxsiyyətinə vurulduğunu və bunun bəzən ona problemlər yaratdığını deyir.

“Uşaqlar sadəcə mənə toxunmaq, məni qucaqlamaq istəyirlər. Sonda uşaqlar mənim şəxsiyyətimə aşiq olurlar və bu, bəzən mənim üçün xoşagəlməz hallar yaradır”, - deyə müğənni audioyazıda bildirir.

Məlumata görə, martın 4-də "Channel 4" telekanalında amerikalı ifaçının uşaqlara qarşı cinsi zorakılıq ittihamları üzrə bəraət almasına həsr olunmuş çoxseriyalı sənədli film yayımlanacaq.

Xatırladaq ki, Maykl Cekson 1990-cı illərdə və 2005-ci ildə məhkəmə prosesi çərçivəsində dəfələrlə uşaqlarla bağlı “uyğunsuz davranış” ittihamları ilə üzləşib. Lakin məhkəmə onu təqsirsiz hesab edib. 2019-cu ildə ABŞ-də nümayiş etdirilən sənədli filmdə iki kişi Ceksonun onları uşaqlıqda zorakılığa məruz qoyduğunu iddia etsə də, sonradan bu iddialar ifaçının varisləri ilə əldə olunan razılaşma əsasında tənzimlənib.

Seçilən
13
teleqraf.com

1Mənbələr